1. Tarix. Keçmiş zamanlarda özgə ölkələrdən zorla qaçırılaraq azadlıqdan məhrum edilən, pulla alınıb-satıla bilən, hər cəhətdən sahibinin arzularına tabe olan qız və ya qadın. □ Hökmdar saraylarının cariyələri olmasaydı, hökmdarlar bir gün də olsun öz mələkələri ilə yaşaya bilməzdilər. (M.S.Ordubadi).
2. Ümumiyyətlə qulluqçu, xidmətçi qız ya qadın. □ Bu qızı isə qaytarıb geri aparın, mənə kəniz və ya cariyə lazım deyil! (Ə.Məmmədxanlı).