Yük heyvanları (at, qatır, dəvə və s.) ilə mal daşınması və satışı.
Bir sıra Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda Ç. geniş yayılıb. Çarvadarlar neft, duz, zəy, boyaq, ədviyyat, müxtəlif kənd təsərrüfatı məhsulları və sənətkarlıq məmulatlarını bir əyalətdən digərinə aparır, orada satırdılar. XIX əsrin sonunda Azərbaycanda dəmir yolunun çəkilişi və nəqliyyatın inkişafı nəticəsində bu məşğuliyyət növü tədricən öz əhəmiyyətini itirib.
Tarix terminləri lüğəti