Reklam
Reklam

Məsəllər, deyimlər

ÇAŞBAŞ QALMAQ

►Çaşqın, dolaşıq, qeyri-müəyyən vəziyyətdə olmaq, nə edəcəyini bilməmək.

İfadənin əsas mənası birinci tərəflə – «çaşbaş» sözü ilə bağlıdır.

Adətən, «çaşbaş» sözü dilimizdə söz birləşməsi şəklində işlənir. Şifaһi danışıq dilinin xüsusiyyәtlərinə uyğun olaraq danışan şәxs hiss axınının tәsiri ilә bu vә ya digәr vaһidә nә isә әlavә etmәli olur: sözә söz, ifadәyә ifadә, cümlәyә cümlә әlavә edilir. «Çaş-baş//çaş-paş» vahidindә әsas ünsür birinci tərəfdir. Bu komponent tәklikdә dә işlәnir.

Dilimizdə birinin fikrini qarışdırmaq, çaş qoymaq, çaşdırmaq, qəti bir fikrə gəlməyə qoymamaq – «çaşbaş qalmaq/ çaşbaş olmaq» ifadələri ilə yanaşı, «çaşbaş salmaq» kimi söz birləşməsi də geniş yayılıb. Bundan başqa, danışıqda «əyri» mənasında «çaş baxmaq» ifadəsi də işlənir.

Dilimizdə «İki yana baxan çaş olar» atalar sözü də vardır.

Məsəllər, deyimlər