Reklam
Reklam

Tarix terminləri lüğəti

çati

Qədim Misirdə fironun ən yaxın köməkçisi, ali məmur.

Ç. termini bəzən ədəbiyyatda “cati” kimi də yazılır və vəzir anlamında işlədilir. Hərbi strukturlar istisna olmaqla ölkə həyatının bütün sahələrinin idarəçiliyi Ç.-nin əlində cəmlənirdi. Fironun sağ əli kimi Ç. baş hakim səlahiyyətlərini də yerinə yetirib, monarxın dəftərxanası və xəzinəsi onun ixtiyarında olub. E.ə. XXII əsrdən başlayaraq firon bu vəzifəyə yalnız yaxın qohumlarını təyin edib.

Tarix terminləri lüğəti