sanskr. çatur – dörd + anqa – hissə
Təqribən V əsrdə Hindistanda geniş yayılmış stolüstü oyun, şahmatın ən qədim sələfi.
Hind və ərəb qaynaqlarına görə, Ç.-nı 4 rəqib oynayıb və onların hər birinin dörd növ fiquru (fil, cəng arabası, at və piyadalar) olub. Oyunun məqsədini rəqib fiqurlarını “zərərsizləşdirmək” təşkil edib. Ç.-nın dəqiq qaydaları məlum deyil. Ç. İran, Orta Asiya və ərəb ölkələrində yayıldıqdan sonra iki nəfərin oynadığı şətrəncə və tədricən müasir şahmata çevrilib.
Tarix terminləri lüğəti