Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CAVİDAN fars.

cavidan sözü daimi, həmişəlik, həmişəyaşar, əbədi, ölməz mənasındadır.

Azərbaycanda XX əsrin ortalarına qədər geniş yayılmış kişi adları sırasında olmuş Cavidan artıq unudulmaqda olan şəxs adları sırasındadır. Cavidan adı çəkilən kimi Bəzz şəhərində yaşamış varlı vilayət hakimi, Xürrəmilər hərəkatına başçılıq edən, ilk dəfə Babəki də öz dəstəsinə dəvət etmiş Cavidan Şəhrək yada düşür. Digər icma başçılarından olan Əbu İmranla təkbətək döyüşdə ağır yaralanan Cavidan üç gündən sonra canını tapşırır. Özünün vəsiyyətinə əsasən Babək xürrəmilərin başçısı təyin edilir. Cavidan adının daşıyıcıları bu gün, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti