Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

cəbr1 [cəbr] isim ərəb

Zor, zor işlətmə, zülm. □ Fələkin cəbrindən, el tənəsindən; Dərdim artıb, bir ümmana dönübdü. (Aşıq Ələsgər)

cəbr2 [cəbr] isim ərəb

Riyaziyyatın, ədədi qiymətlərindən asılı olmayaraq, kəmiyyət üzərində aparılan əməliyyatları öyrənən sahəsi. □ Cəbrə aid ilkin tədqiqatlar 4 min il əvvəl Babilistanda aparılmışdır.

Azərbaycan dilinin izahlı lüğəti