Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

cəhət təyini

Məhəldə üfüqün tərəflərini təyinetmə.

Üfüqün 4 əsas (şimal, cənub, qərb, şərq) və 4 aralıq (şimal-şərq, cənub-şərq, şimal-qərb, cənub-qərb) cəhəti var. Bir cəhəti təyin etməklə digərlərini də müəyyənləşdirmək mümkündür; məsələn, insan üzü şimala dayandıqda cənub arxada, şərq – sağda, qərb – solda qalır. Məhəldə cəhəti Yerin qütblərinə, günəşə, ulduzlara, kompasa, yerli cisimlərə və plana əsasən təyin edirlər. Günəş həmişə şərqdən çıxır, qərbdə batır; gecə ən parlaq ulduz olan Qütb ulduzu daim Şimal qütbünün üstündə dayanır; günorta vaxtı cisimlərdən düşən kölgə və ya ağacların gövdəsində mamır bitən tərəf də şimalı göstərir. Müasir coğrafi xəritələrdə şimal, adətən, xəritənin yuxarı tərəfində yerləşir.

Coğrafiya terminləri lüğəti