Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çəki1 [çəki] isim

1. Bir şeyin tərəzidə çəkilməklə müəyyənləşdirilən ağırlığı, vəzn; ümumiyyətlə, ağırlıq. □ Taxılın çəkisi. Çəkisi bircə misqal; Qiyməti mincə dinar. "Brilliant" (Tapmaca).
2. Məcazi mənada: əhəmiyyət, dəyər, sanbal, siqlət. □ Deyirəm, Sabirin vəznli şeri; Çəkidə nə yerə, nə göyə sığmır. (B.Vahabzadə).

çəki2 [çəki] isim

Parça, dəri və s. üzərində rəngbərəng saplarla işlənmiş bəzək: naxış; tikmə. □ Nuxa çəkiləri Azərbaycanda şöhrət tapmışdır.

çəki3 [çəki]

Bax: çəkibalığı.

Azərbaycan dilinin izahlı lüğəti