Reklam
Reklam

Tarix terminləri lüğəti

Cəlairilər

1. XII əsrdə Sibirdə, Monqolustanla sərhəddə məskunlaşmış tayfa.

Tarixçi və dövlət xadimi Fəzlullah Rəşidəddinin XIV əsrin əvvəlində qələmə aldığı “Cami ət-təvarix” əsərində C. xarici görkəmlərinə və danışdıqları dilə əsasən monqollara qohum tayfa kimi təqdim olunur. Həmin qaynağa görə, 70 min ailədən ibarət olan C. 10 qola ayrılıblar.

2. XIV–XV əsrlərdə İraqda, İranda və Azərbaycanda hakimiyyətdə olmuş sülalə və eyniadlı dövlət.

1359-cu ildə Təbrizi tutmuş bu sülalənin Azərbaycanda hakimiyyətinə 1410-cu ildə Qaraqoyunlular son qoyub.

Tarix terminləri lüğəti