XVI–XVII əsrlərdə Türkiyə, Azərbaycan və s. əraziləri əhatə etmiş kəndli hərəkatı.
C.H. 1516-cı ildə Toqatdakı üsyanın rəhbəri olmuş Şeyx Cəlalinin adı ilə bağlı olub. Hərəkat ilk olaraq Şərqi Anadoluda başlasa da, XVII əsrin əvvəlində Azərbaycanla yanaşı, qonşu ölkələrə də yayılıb. Onun aparıcı qüvvəsini feodal istismarından təngə gəlmiş kəndlilər təşkil edib. Bununla belə, bəzi cəlali dəstələrinə mərkəzi hökumətdən narazı olan feodallar özləri başçılıq edib. Səfəvi hökmdarı I Şah Abbas (1587–1629) Osmanlı dövlətinə qarşı mübarizədə C.H.-dan istifadə etməyə çalışsa da, bu cəhd uğursuzluğa düçar olub. Azərbaycanda C.H. Çuxursəd bəylərbəyiliyində, xüsusilə Naxçıvan mahalında və Arazın hər iki sahili boyunca yerləşən ərazilərdə daha geniş vüsət alıb. Bəzi ehtimallara görə, Azərbaycanda fəaliyyət göstərən cəlali dəstə başçılarından ən məşhuru Koroğlu olub.
Tarix terminləri lüğəti