Dava, müharibə, vuruş, döyüş. (“Koroğlu” dastanının lüğəti)
Düşər hərdəm paşalarla davası
Kəsilməz savaşı, cəngi, qovğası,
Cünun deyər Çənlibelin ağası,
Yeddi min dəliyə sərkər Koroğlu.
(“Məhbub xanımın Çənlibelə gəlməyi”)
*
Eyvaz dedi:
– Bundan bir misqal keçiyə versən buynuzlarını itildib canavarla cəng edər, balığa versən, ticarət üçün yük vurub Həştərxan dənizinə gedər. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası