Reklam
Reklam

Tarix terminləri lüğəti

cəngəlilər hərəkatı

1912-ci ildə Gilanda (İran) baş qaldırmış milli azadlıq hərəkatı.

Mirzə Kiçik xan, Əhməd Kəsmayi, digər inqilabçıların təşkilatçılığı və rəhbərliyi altında formalaşan hərəkatın gedişində (iyun, 1920) Gilan respublika elan edildi. Yüksəliş dövrü 1920–1921-ci illərə təsadüf edən C.H. 1921-ci ilin sonunda İranın hərbi naziri Rza xan tərəfindən yatırıldı.

Həmçinin bax:

Tarix terminləri lüğəti