lat. depressio – sıxılma, çökmə
Cənubi Afrika üzərində (ekvatorla cənub tropiki arasında) quruda havanın qızması nəticəsində əmələ gələn qapalı alçaq təzyiq (754 mm) sahəsi.
C.A.D. ekvatorial barik depressiyanın bir hissəsi olub ancaq qışda (Cənub yarımkürəsinin yayında) özünü büruzə verir.
Coğrafiya terminləri lüğəti