Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çəpəki [çəpəki] zərf fars

1. Əyrisinə, əyri-əyri; yanakı, çəp, çəpəndazı.Şoferin yanında çəpəki oturan prokuror sükutdan darıxaraq geri döndü. (İ.Şıxlı).
2. Düzünə yox, çəpinə, əyrisinə; yanpörtü...avtomat tüfəngini döşündən çəpəki asmışdı. (M.Hüseyn).
3. Yan tərəfə çevrilmiş halda, yan tərəfini irəli verərək, böyrünü qabağa verərək.Çəpəki oturmaq.
4. Bir qulağının üstünə, başının bir tərəfinə çəkərək; yanakı.Papağı çəpəki qoymaq.

Azərbaycan dilinin izahlı lüğəti