Hər hansı hüquq pozuntusuna görə yayımçılar, redaksiya, jurnalist tərəfindən dövlətin, yaxud zərərçəkənin xeyrinə ödənilən maddi vəsait, cəza növü.
Adətən, KİV yalnız məhkəmənin qərarı ilə cərimələnə bilər. Lakin bəzi ölkələrdə özünütənzimləmə orqanları (mətbuat şuraları, şikayətlər üzrə komissiyalar), həmçinin yayım şuraları, federal yayım komissiyaları kimi müstəqil dövlət qurumları da KİV-i C. etmək hüququna malikdir.
Jurnalistika terminləri lüğəti