Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çərtmək [çərtməx'] feil

1. İti bıçağın və ya başqa iti alətin ucu ilə yaranın və s.-nin üstünü azacıq kəsmək.Həkim yaranı çərtib, irini çıxardı.

2. Keçmişdə qan almaq və b. məqsədlə bədənin bir yerini iti bıçağın ucu ilə azacıq kəsmək.
3. Misgərlik, zərgərlik və b. sənətlərdə xüsusi alətlə çərtik açmaq.
4. Yonmaq, ucunu itiləmək.Karandaşı çərtmək.
5. Məcazi mənada: üstüörtülü danışmaqla sataşmaq, toxunaqlı söz atmaq; sancmaq...İkincisi də .. o nə sözdür, çərtirsən? (İ.Hüseynov).

Azərbaycan dilinin izahlı lüğəti