1. İcrası, həyata keçirilməsi, aradan qaldırılması, həlli, başa düşülməsi və s. çox böyük zəhmət, səy, gərginlik tələb edən; çox ağır, dözülməz. □ Çətin iş. Çətin vəzifə. Çətin imtahan.
2. Zərf kimi: çətinliklə başa gələn; ağır. □ Çətin nəfəs almaq.
Qeyd: çətin... Bir sıra mürəkkəb feili sifətlərin birinci tərkib hissəsi olub, onların ifadə etdiyi şeyin çətin, mürəkkəb olduğunu bildirir; məsələn, çətinəriyən (metal), çətinoxunan (kitab), çətinsayılan (mal).
Həmçinin bax: