Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

cihaz [cihaz] isim ərəb

1. Hər hansı bir işi görmək üçün alət, aparat, mexanizm; bir neçə əşyadan, hissədən ibarət alət, ləvazimat, komplekt. □ Optik cihaz. İsidici cihaz. Üzqırxan cihaz.
2. Fiziologiya. Orqanizmdə müəyyən vəzifə ifa edən orqanlar. □ Həzm cihazı.
3. Arxaizm. Cehiz. □ Böyükxanım... sandıqları açıb öz atasından gətirmiş cihazlarını töküb, hansı Münəvvər xanıma layiq isə ayırıb, bir tərəfə qoyurdu. (M.S.Ordubadi).

Həmçinin bax:

coğrafiya: aeroloji cihazlar Azərbaycan dilinin izahlı lüğəti