Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

cild [cilt] isim ərəb

1. Kitabın üzü, üz qabığı. □ Kitabın cildində qara ramka içərisində döşdən yuxarı çəkilmiş bir adam şəkli vardı. (M.İbrahimov)

2. Böyük bir əsərin ayrı-ayrı kitab şəklində olan hissələrindən hər biri, həmçinin ayrıca kitab şəklində olan çap əsəri. □ Ensiklopediyanın ikinci cildi.

3. Məcazi mənada: don, qiyafə. □ Ötər keçdiyiniz yerdə bayquşlar; Qəhrəman cildinə girən sərxoşlar! (H.Cavid)

Həmçinin bax:

frazeologizm: adam cildindən çıxmaq frazeologizm: adam cildinə düşmək frazeologizm: cilddən-cildə girmək frazeologizm: cildə girmək frazeologizm: cildini dəyişmək frazeologizm: qoyun cildinə girmiş qurd Azərbaycan dilinin izahlı lüğəti