1. Torpağın, kökləri bir-birinə sarışmış sıx ot bitkiləri bitmiş üst qatı, təbəqəsi.
2. Həmin qatdan kəsilmiş hissə. □ Uşaqlardan birisi yamacda çim kəsər, qalanları çimləri çılpaq kürəklərinə qalaq-qalaq yığıb sahilə daşıyar, çayın qolunun suyunu o biri tərəfə döndərərdilər. (İ.Hüseynov).
3. Üzəri cığ və s. su bitkiləri ilə örtülmüş lehməli su qatı. □ ..çim altından baxan qurbağa kimi iri, domba gözlərini qarovulçuya zilləmişdi. (P.Makulu).
1. Xalis, qatışığı olmayan və ya çox az olan. □ Qərənfil xala Camal əmiyə dörd iri fətir uzadaraq: – Bunları tək-tək qoy, çünki çim süddə yoğurmuşam, kiflənə bilər. (Ə.Vəliyev).
2. Başdan-başa, büsbütün. □ Xörək çim yağdır. Bu, ət deyil, çim piydir.