Reklam
Reklam

Etimologiya lüğəti

cımxır

“Xalis” mənasında işlədilən bu söz, zənnimcə, çim qır(xır) sinonimlərinin birləşməsindən törəyib (çimnaz – təpədən dırnağa qədər, tamam naz deməkdir. Qır duzdur cümləsində qır “tamam”, “xalis” deməkdir). Deməli, indiki cımxır sö­zünün əsli çimqır kimi olub. Cod, cad (qarğıdalı, darı unundan bişirilmiş və tez ovxalanan çörəyə “cad” deyirlər) və cadar sözləri də eyni kökdən törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti