Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

çip

ing. chip – təbəqə, qırıntı

1. İnteqral mikrosxem.

Ç. jurnalistikada da geniş tətbiq edilən avadanlığın korpusuna yer­ləşdirilən və ya ayrıca istifadə oluna bilən elektron elementdir, məntiqə və yad­daşa malik çox kiçik kompüterdir. Ç.-lərdən o cümlədən cihazların yaddaşını ge­niş­lən­dirmək üçün istifadə olunur. Ç.-i bir cihazdan (fotoaparat, videokamera və s.) çıxarıb onun üzərində yazılmış infor­masi­yanı digər avadanlıqda oxumaq müm­kün­dür.

2. Mü­əllif hüquqlarını qorumaq və pi­ratçılığın qarşısını almaq üçün texniki mü­dafiə va­sitəsi.

Bəzi oyun kompü­ter­lərində qu­raşdırılmış Ç.-lər lisenziyasız oyun­ları, vi­­deo­maqnitofonda quraş­dırıl­mış Ç.-lər lisenziyasız kasetləri işə sal­mağa imkan vermir və s.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti