Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

cisim [cisim] isim ərəb

1. Fəzanın müəyyən bir qismini dolduran maddə, materiya, şey; fəzada ayrıca şey. □ Bərk cisimlər. Maye cisimlər.
2. Riyaziyyat. Eni, uzunu, dərinliyi olan şey. □ Həndəsi cisimlər.
3. Bədən, vücud. □ Oğlan, sən uşaqsan, cavansan hələ; Yenicə cisminə düşüb vəlvələ. (M.P.Vaqif).
4. Cənazə. □ Cismi yalnız gömülmüşdür; Qəbrə, parlaq gözəl əməlləri yox! (S.Rüstəm).

Həmçinin bax:

coğrafiya: Günəş sisteminin kiçik cisimləri coğrafiya: kiçik səma cisimləri Azərbaycan dilinin izahlı lüğəti