Reklam
Reklam

Etimologiya lüğəti

çiyələk

Farslarda çələk kimi işlədilir. Qərb dialektlərində çiyələm forması geniş ya­yılıb. Qədimdə çilək kimi işlədilib və bir çox giləmeyvələrin adı olub: tukmaq çiləyi (клубника), kara çiləyi (черниха), göy çiləyi (ежевика), kayan çiləyi (зем­л­яника), narat çiləyi (брусника), buri çiləyi (dəfnə), it çiləyi (щиповник) və s. Güman edirəm ki, “su” mənasını verən çi kəlməsi ilə bağlıdır (çimmək, çilə­mək...). Çilək deyilən meyvələrin hamısı çox sulu olur. Çilək sözünün “сочный” mənası bəzi türk dillə­rin­də indi də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti