Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

çuğul1

Ağcabədi, Basarkeçər, Borçalı, Böyük Qarakilsə, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Kəlbəcər, Xanlar, Qazax, Salyan, Şuşa, Tərtər, Tovuz

Xəbərçi, araqarışdıran.  Bizdə çuğul adam yoxdu (Tovuz); Çuğula alağuz adam deynəx' (Daşkəsən); Qunvan yaman çuğul adamdı (Gədəbəy); O çox çuğul adamdı (Şuşa); Çuğul adam munun sözün ona de:n, onun sözün muna de:n (Xanlar).

çuğul2

Basarkeçər, Göyçay, Oğuz, Salyan, Tovuz

Divarın düzlüyünü yoxlamaq üçün işlədilən alət.  Duhanın küncünü çuğulnan bin ölç, gön əyniliyi vanmı? (Tovuz); Ə:, çuğulu ven, difanı yoxluyum (Basarkeçər).

Azərbaycan dilinin dialektoloji lüğəti