mürəkkəb adların tərkibində işlənən Dadaş və Bala adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Həm Dadaş (bax: ad – DADAŞ), həm də Bala (bax: ad – BALA) adları Azərbaycan antroponimikasında müraciət formasından yaranmış şəxs adları sırasındadır. Məhz bu səbəbdən də adın məzmununda bir qədər ehtiram, həmçinin yumşaqlıq hiss edilir. Dadaşbala ehtiram əlaməti olaraq özündən kiçiyə müraciət forması olmuş, sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti