1. Riyaziyyat. Bütün nöqtələri mərkəz nöqtədən bərabər uzaqlıqda olan qapalı, əyri həndəsi fiqur; çevrə. □ Dairə cızmaq. Dairə xətti.
2. Riyaziyyat. Həmin çevrənin daxilində qalan yuvarlaq səth; həmin şəkildə olan sahə, səth və s. □ Dairənin səthi.
3. Respublika, rayon, şəhər və b. sözlərdən sonra gələrək, həmin inzibati bölgünün bütün sahəsi mənasında işlənir. □ Respublika dairəsində. Rayon dairəsində. Şəhər dairəsindən çıxmaq.
4. Bir şeyin yayıldığı və təsir etdiyi sahə. □ Nüfuz dairəsi.
5. Məcazi mənada: hüdud, çərçivə. □ Özünə verilən tapşırıq və səlahiyyət dairəsində ondan iş tələb etməliyik. (M.S.Ordubadi).
6. Mühit, fəaliyyət sahəsi. □ ...müəllimin ürəyində atəş olsa, ...öz dairəsində əvvəlinci şəxs ola bilər. (F.Köçərli).
7. Dövlət sahəsinin inzibati, siyasi, təsərrüfat, hərbi və s. nöqteyi-nəzərindən bölgüsü. □ Seçki dairəsi. Hərbi dairə.
8. Tarix. 1917-ci il inqilabından qabaq və inqilabın ilk illərində inzibati-ərazi bölgüsü; rayon. □ Bu şəxs Ağdam dairəsində olur. (Ə.Haqverdiyev).
9. Tarix. Bəzi idarələrin adı. □ Gömrük dairəsi.
10. Girdə şəkildə olan şeylərin ətrafı. □ Ayın dairəsi. Quyunun dairəsi.
11. Məcazi mənada: yalnız cəm şəklində – hər hansı bir ictimai, ya həmkarlar qrupu, mühiti. □ Ədəbi dairələr. Ziyalı dairələri.
12. Tibb. Orqanizmin ayrıca hissəsi, bədənin hər hansı bir nahiyəsi. □ Ürək dairəsində ağrı. Döş dairəsi.
Həmçinin bax: