1. Küçə qapısından həyətə gedən üstüörtülü və ya açıq yol. □ Bundan sonra dalanın qapısı həmişə gərək bağlı ola... (N.Vəzirov).
2. İki qonşu ev arasında olan və bir tərəfi həyət qapısına çıxan dar yol. □ Dalanın nömrəsi. İçərişəhərdə, qaranlıq dar bir dalanda kiçik bir otaq tutub anamla yoxsul həyat keçirirdik. (A.Şaiq).
3. Evin, vaqonun və s.-nin girəcəyində açıq, ya örtülü dar yer. □ O, papiros çəkən adamlardan çətinliklə ötdü, vaqonun dalanında dayandı. (Mir Cəlal).
Həmçinin bax: