1. Ev, bina, tikili; əsas binanın yanında tikilmiş və ona yapışıq otaq və s. □ Şəhərin... qaranlıq damları onları təmin etmədi. (Mir Cəlal).
2. Evin, binanın, tikilinin örtüsü. □ Dama çıxmaq. Kirəmit dam. Damı qırlamaq.
3. Bir, ya iki tərəfi açıq, üstüörtülü yer, tikili. □ A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altına yığışıblar. (M.F.Axundzadə).
4. Heyvanları saxlamaq üçün qapalı yer; bina, tövlə. □ Komandan ilə Musa mal damına yanaşdılar. (M.Hüseyn).
5. Məcazi mənada: həbsxana, qazamat.
Tələ, cələ, tor. □ Zülfünü əhli-vəfa seydinə dam eyləyəli; Məni ol damə giriftar bilibdir, bilirəm. (M.Füzuli).
Həmçinin bax: