Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

dam1

Kürdəmir, Quba, Ordubad

Tavan.  Evin damı qutarmıyıb (Ordubad).

dam2

Gəncə, Göyçay, Karvansaray, Kürdəmir, Qazax, Sabirabad, Salyan, Şəki, Şəmkir, Şuşa, Tərtər

Tövlə. □ Cücələr damın küncünə yığışmışdı (Salyan); Bahar, malları dama sal, ot tök (Şəki); Heyvannarı dama doldırdım (Şuşa); Qoyunnarı dama salmışam (Karvansaray).

dam3

Borçalı, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qazax

1. Qazma (Borçalı).  Keşmişdə qışda kətdilər damda olardı.

2. Hər cür tikili, bina (Cəbrayıl, İmişli, Kürdəmir).  Dam deyərük daş əvə, kərpic əvə (İmişli); Toy damı tix'məx' çox çətindi (Cəbrayıl); Bizdə bişir-düşüri damda eliyəllər (Kürdəmir).

Azərbaycan dilinin dialektoloji lüğəti