Bu söz barədə bir neçə ehtimal söyləmək olar:
1. Söz dam kəlməsi əsasında yaranıb, çünki döl ərəfəsində heyvanlara ev şəraitində (damda) xüsusi qulluq göstərilib. Sözün damızlıq forması da mövcud olub. Damız sözü mənbələrdə “döl verən heyvan üçün tövlə” kimi açıqlanıb.
2. Söz döl kəlməsi ilə bağlıdır və əsli döləzik olub; (döl sözünün bir mənası “toxumluq” deməkdir). Döldaş-“nəsil, döl tutmaq - hamilə”, döləc – “doğum ərəfəsi” mənalarında qeydə alınıb. Döllə bağlı ehtimalı daha düzgün hesab edirəm. İndi damazlıq sözü “cins heyvan” kimi başa düşülür. Fars dilində dam sözünün bir mənası “ev heyvanı” deməkdir. Damazlıq kəlməsinin bu sözlə bağlı olması daha inandırıcı görünür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti