damad sözünün dilimizdə təhrif olunmuş şəklindən yaranmış Damad kişi adı qızın əri, kürəkən, giyov anlamlarını ifadə edir.
Bəzi mənbələrdə farslarda vaxtilə şahzadə qızların ərinə verilən ad olması barədə məlumatlara da rast gəlinir. Məişətimizdə Daməd kişi adına hələ rast gəlinsə də, müasir Azərbaycan dilində damad sözünü əvəz edən kürəkən sözü işlənir. Adın təhrif olunmuş forması Damət də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti