►«Yol göstərən», «xilas edən», «dardan qurtaran» mənalarında işlədilən ifadə.
İfadə qütb (dan) ulduzunun adı ilə bağlı yaranmışdır.
Kompasın ixtirasından uzun əsrlər əvvəl insanlar həm dənizdə, həm də səhrada istiqaməti günəş və ulduzların köməyi ilə müəyyən edirdilər. Uzun müşahidələrdən sonra onlar digər ulduzların arasında gündə bir dəfə fərqli vaxtlarda peyda olan və hərəkətsiz bir ulduz görürdülər. Əsasən, səhərə yaxın göründüyündən bu parlaq göy cismini «dan ulduzu» adlandırmağa başladılar.
Demək olar ki, Yerin Şimal qütbünün üzərində yerləşən səma cismini biz indi də «dan ulduzu», yaxud «qütb ulduzu» adlandırırıq, səyyahlar və dənizçilər isə ona «Nicat ulduzu» deyirdilər. Məhz bu tərpənməyən, yerini dəyişməyən ulduzun köməyi ilə istənilən istiqaməti tapmaq daha rahat olurdu.
«Nicat ulduzu» ifadəsinin başqa mənası da var: «məqsədin istiqaməti», «istənilən fəaliyyət və işdə istiqamətin düzgün seçilməsinin əlaməti». Bir xristian əfsanəsində üç münəccim ulduzlara əsasən dünyanın hansısa bir yerində «Allahın oğlu» – İsanın doğulmasından xəbər vermişdi. «Dan ulduzu» ifadəsi bizim günlərdə də insanlara ümid verən, parlaq, xilaskar mənalarında işlədilir.
Məsəllər, deyimlər