yun. Danaoi
Yunanıstanın cənub hissəsində, Peloponnes yarımadasının Arqolis (Arqolida) vilayətində məskunlaşmış ən qədim yunan tayfalarından biri.
Antik mifologiyada, habelə Homerin əsərlərində bu termindən qədim yunanların ümumiləşdirici adı kimi istifadə olunur. Rəvayətə görə, Troya müharibəsində iştirak edən D. içərisində döyüşçülər gizlənmiş taxta atı şəhər divarları önündə qoyub gedirlər. Hiylədən xəbərsiz troyalılar atı şəhərə gətirirlər, gecə düşəndə isə döyüşçülər gizləndikləri yerdən çıxıb şəhər darvazalarını açırlar və D.-ı içəri buraxırlar. D.-ın bu fəndi nəticəsində Troya alınır. “Ölüm və fəlakət gətirmək” mənasında işlədilən “Danayların hədiyyəsi” ifadəsi buradan yaranıb.
Tarix terminləri lüğəti