1. Şifahi fikir mübadiləsi; söhbət; danışma, söhbət etmə. □ O barədə bu gün danışıq olacaq. Aralarında ciddi danışıq oldu.
2. Danışma tərzi. □ ...katib birdən səsini alçaldıb, danışığının tonunu dəyişdi. (Ə.Sadıq).
3. Söz-söhbət.
4. Canlı dil, adi danışıq dili. □ Bahadır ...danışıqda çox işlənən sözləri öyrətdi... (N.Nərimanov).
5. İki tərəf, iki nümayəndə heyəti arasında bir şey haqqında gedən fikir mübadiləsi; müzakirə (çox zaman cəmdə işlədilir). □ İki dövlət arasında danışıqlar. Sülh danışıqları. Danışıqlar kəsildi.
Həmçinin bax: