Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

daqqa1

Gəncə, Kürdəmir, Qax, Qazax, Oğuz, Şəki, Şəmkir, Tovuz

1. Neft, mazut və suqabı (Kürdəmir, Qazax, Şəmkir, Tovuz). □ Kimdə mazıt qoymağa daqqa var? (Qazax); Get daqqamızı nöyütnən doldur gə (Tovuz); Daqqada mal-qarıya su verillər (Kürdəmir).

2. Buğda, arpa saxlamaq üçün taxtadan, ağacdan hazırlanmış qab, çəllək (Gəncə, Qax, Şəki).  Buğdanı daqqıya tök ki, salamat olsun (Gəncə); Daqqada naxarta buğda olar? (Şəki); Daqqaya nə olsa qoyuylar (Qax).

3. Taxılölçən qab (Kürdəmir, Oğuz, Şəki).  Daqqeynan keşmişdə taxıl ölçərdix' (Oğuz);
Bir daqqa tutur on üç girvənkə bi çetver; Uş daqqa birputdı (Şəki); Bi daqqa arpam qalıp (Kürdəmir).

daqqa2

Mingəçevir, Şəki

Qaragül dərisindən papaq.  Mən havı daqqanı tihdirən üç ildən artıxdı (Şəki).

daqqa3

Bərdə, Hamamlı, Qazax, Yevlax

Lovğa, ədabaz.  Nə hörməti olajax daqqa adamın? (Bərdə); Həsən yaman daqqa adamdı (Hamamlı).

Azərbaycan dilinin dialektoloji lüğəti