Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

daraq [darax] isim

1. Saçı darayıb düzəltmək üçün dişli alət. □ Narındişli daraq. Başını daraqla daramaq.

2. Qadınların saçlarını bir yerdə saxlamaq və bəzək üçün saçlarına taxdıqları zinət şey.
3. Yun və s. lifli şeyləri daramaq üçün alət. □ Yun darağı. Kətan darağı.
4. Müxtəlif məqsədlər üçün işlədilən darağaoxşar alətlərin, yaxud onların bu şəkildə olan hissələrinin adı. □ İpləri darağa düzmək. Toxuma dəzgahının darağı.
5. Araba oxunun söykəndiyi oyuq. □ Pəri arabanın darağını buraxmırdı. (Ə.Əbülhəsən).
6. Silahın (tüfəngin və s.-nin) sandığına keçirilən patronları yan-yana qoymaq üçün qab, qutu. □ Tüfəngin üstündəki dolu patrondaşın daraqları parıldayırdı. (M.Hüseyn).
7. Ot dırmığı. □ Biçilən otu daraqla tağlamaq.
8. Zoologiya. Balıqların hava yerinə su alıb verdikləri dəlikləri qapayan qulağaoxşar qanadcıqlar.
9. Zoologiya. Bəzi quşların başında yelpiyəoxşar kəkil; pipik. □ Şanapipiyin darağı.
10. Bal şanı. □ Qış üçün hazırlanmış daraq balı.
11. Pambıq gülü. □ Quraqlıq olanda pambıq darağını tökər.

Həmçinin bax:

frazeologizm: düzəlmişdi hər yarağı, qalmışdı saqqal darağı Azərbaycan dilinin izahlı lüğəti