Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

darımaq1 [darımax] feil

1. Yırtmaq, dağıtmaq, cırmaqlamaq. □ Oğlunun quldurlar tərəfindən öldürüldüyünü güman edən arvad üz-gözünü darıdı. (Ə.Vəliyev).
2. Bir şeyin üzərinə doluşmaq, toplaşmaq, yığışmaq; qonmaq. □ Qələnin adamı yetdi yarıya; Necə ki qoyuna ac qurd darıya. (Q.Zakir).
3. Bir şeyin üzərinə doluşmaq, toplaşmaq, yığışmaq; qonmaq (bəzən “vücuduna”, “canına” sözləri ilə).

darımaq2 [darımax] feil

Dialekt. Arxasınca danışmaq, paxıllıq etmək. □ Yazığı darıyıb heç ediblər. Darımaqdan yorulmurlar.

darımaq3 [darımax] feil

Dialekt. Yayılmaq, düşmək. □ Mala yaman xəstəlik darıyıb.

Azərbaycan dilinin izahlı lüğəti