Reklam
Reklam

Etimologiya lüğəti

daş1

Qədim mənası “atmaq” deməkdir. Görünür, daşdan döyüş vasitəsi kimi istifadə edib, onu düşmənin üstünə atıblar (Qaraca Çoban kimi). Sonra sözün həm leksik, həm də qrammatik mənası dəyişib, feil ismə çevrilib. Ehtimal ki, dışarı (kənar) sözü ilə əlaqədardır, çünki daşı kənara atıblar və ya qayadan qopub kənara düş­dü­yü üçün belə adlanıb. Qaya isə “sürüşkən” mənasında işlədilib, qayıq (suda üzən, sürüşən) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

daş2

Bu şəkilçi, əsasən, şəxs bildirən isimlər düzəldir. Lakin çağdaş, kökdaş (qo­hum), anlamdaş, səsdaş, (Anadolu türkləri “sinonim, omonim” mənasında bu sözləri işlədir) tipli sözləri şəxs bildirmir. Mənşəyi haqqında ehtimal belədir. Yerlik hal şəkilçisi ilə əş sözünün birləşməsindən düzəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti