►Aldatmaq, kәlәk gәlmәk, fırıldaq yolu ilә qazanc әldә etmәk.
İfadә keçmişdә Azәrbaycanda baqqalların ticarət üsulu ilә әlaqәdar yaranıb, sonralar ümumiləşərək mәcazi mәna kәsb edib.
Baqqalların tәrәzilәri müasir tәrәzilәrdәn çox fәrqli idi. Bu tәrәzilәrin üst hissәsi «baş» adlanırdı (bununla әlaqәdar «tәrәzinin başın(ı) düzәlt» tipli ifadәlәr işlәnir). Yuxarıdakı tәrkibin birinci hissәsi (daş) isә çәki daşını bildirir. Özü dә bu çәki daşı indiki şәkildә metaldan yox, çaylaq daşından olurdu. Avam camaatla alver edәrkәn hiylәgәr baqqallar, adәtәn, tәrәziyә daş qoyur, bu zaman tәrәzinin başını әyir vә bu yolla müştərini çəkidə aldadıb oğurluq edirdilәr.
İfadәnin mәşhurlaşıb yayılmasında sözlәrin daxilәn ahәngdar (hәmqafiyә) olması da mühüm rol oynamışdır.
Məsəllər, deyimlər