Reklam
Reklam

Məsəllər, deyimlər

DAŞQALAQ ETMƏK

►Öldürmәk, daşa basmaq, gözdən salmaq, ciddi cəzalandırmaq, qovub uzaqlaşdırmaq.

İfadə qədim insanların daşa, onun sehrli və təmizləyici qüvvəsinə olan etiqadı ilə bağlı yaranaraq yayılmışdır.

Qәdim insanlar daşa etiqad edir, onun sehrli qüvvәsinə inanırdılar. Tәsadüfi deyil ki, bir sıra dinlәrdə günaһkarın daşqalaq edilmәsi tәlәb olunur. Bu adət qәdim Şәrqdә geniş yayılmışdı vә bəzi islam ölkələrində son dövrlərədək yaşamaqda idi. «Quran»da şeytan (qәdim yәһudilәr buna «Şatana» deyirdilәr), adәtәn, «Rәcim» adlanır ki, bu, daşqalaq edilmәk, daşa basılmaq mәnasındadır.

Eһtimal ki, qәdimdә daşın tәmizlәyici, saflaşdırıcı qüvvәsinә olan etiqad һәmin daşqalaq etmәk adәtini doğurmuşdur.

Qədimdә bəzi xalqlarda müəyyәn cinayәt işlәmiş bir şәxsi daşa basıb öldürərdilәr. Cәza yerinә yığılmış adamlar caniyә daş atardılar. Birinci daşı isə, adәtәn, şahidlәr atmalı idilər.

Məsəllər, deyimlər