daçqın (daçmaq feilindəndir) sözündəndir. Daşqın sözünün dilimizdə bir neçə mənası vardır: 1. Sahildən çıxan çay və ya dəniz, çay suyunun quru ərazini, ətrafı basması; 2. Yatağından kənara çıxan, ətrafı basan, daşmış; 3. Coşqun, güclü, ehtiraslı, qüvvətli.
Məlum olduğu kimi, dilimizdə bir sıra şəkilçilər (burada konkret olaraq -qın, -kin, -qun, -kün, -ğın, -gin, ğun, gün) vasitəsilə feilin təsirli və ya təsirsiz olmasından asılı olmayaraq hal-vəziyyət bildirən sözlər yaranır. Azərbaycan antroponimikasında tərkibində bu şəkilçilərin işləndiyi kifayət qədər şəxs adı mövcuddur.Məsələn, Dalğın (bax: ad – DALĞIN), Coşqun (bax: ad – COŞQUN), Gülgün (bax: ad – GÜLGÜN) və s. Daşqın şəxs adı coşqun, qüvvətli, (gücü, həvəsi) aşıb-daşan anlamlarını ifadə edir. Daşqın şəxs adı coşqun, qüvvətli, (gücü, həvəsi) aşıb-daşan anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti