Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dastan [dasdan] isim fars

1. Şifahi xalq ədəbiyyatının epik janrları içərisində qəhrəmanlıq və aşiqanə məzmunda olan, həcmcə ən böyük əsər. □ Qəhrəmanlıq dastanı. Aşiqanə dastan. “Koroğlu” dastanı.
2. Mühüm tarixi hadisələrdən, ya şəxsiyyətlərdən bəhs edən böyük epik əsər; poema; hekayə, nağıl, əfsanə, sərgüzəşt. □ Zəfər dastanı. Müharibə dastanı. Oxuma, ey vəzir, mənə dastan; Qeysərin dağ kimi bir ordusu var. (A.Şaiq).

Həmçinin bax:

frazeologizm: adı dillərdə dastan olmaq frazeologizm: dastan açmaq frazeologizm: dastan qoşmaq frazeologizm: dillərdə dastan olmaq Azərbaycan dilinin izahlı lüğəti