Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dava1 [da:va] isim ərəb

1. Dalaşma, söyüşmə; çarpışma, vuruşma. □ Artıq bu səfər heç bir zor, heç bir dava kar eləmədi. (S.Rəhman).
2. Müharibə. □ Barıt və qan qoxusu ağırlaşdı havada; Daşlar belə qanadı bu uğursuz davada. (R.Rza).
3. Həlli tələb olunan məsələ, mübahisəli məsələ; münaqişə; iddia. □ Aradakı davanı həll etmək. Onun davasına baxmaq.
4. Arxaizm. Hüquq. Müdafiə üçün məhkəməyə müraciət, qarşı tərəfi məhkəməyə cəlb etmə, məhkəmə hüzurunda baxılan iş; mühakimə.

dava2 [dava] isim ərəb

1. Dərman. □ Aptekdən dava almaq.
2. Məcazi mənada: çarə, tədbir, əlac. □ ...bəlkə qoyunların qızdırmasına bir dava deyə. (C.Məmmədquluzadə).

Həmçinin bax:

frazeologizm: dava axtarmaq frazeologizm: dava dağarcığı frazeologizm: dava döymək frazeologizm: dava qalxmaq (düşmək) frazeologizm: dava salmaq frazeologizm: kreslo davası frazeologizm: stul davası Azərbaycan dilinin izahlı lüğəti