1. Ananın qardaşı. □ Xanım qız xalasına oxşar, igid oğlan dayısına. (Atalar sözü).
2. Nitq etiketi. Qoca və ya yaşlı kişiyə müraciət edərkən, ya haqqında danışarkən hörmət əlaməti olaraq deyilir. □ Hayıf, hayıf, Dursun dayı, qocaldın. (C.Cabbarlı).
3. Nitq etiketi. Bəzən kinayə və ya istehza ilə deyilir. □ Boşla, ay molla dayı, sən də bizi çəkmə zora; Biz sənin hiylən ilə düşmərik əsla bu tora. (M.Ə.Sabir).
4. Məcazi mənada: öz hüququndan sui-istifadə edərək birisinə qeyri-qanuni kömək edən, himayəsi altına alan adam haqqında (adətən mənfi mənada). □ Onun burada dayısı var.