türk. dayı – hərfi mənası: ananın qardaşı; məcazi mənası: cəsur
1. Osmanlı imperiyasında yeniçəri qoşunlarında zabit rütbəsi.
2. 1671-ci ildən 1830-cu ilə – ölkənin Fransa tərəfindən işğalınadək Əlcəzairdə yeniçəri zabitlər şurasının ömürlük seçdiyi Əlcəzair hakimi.
Bu ölkədə sonuncu D. Hüseyn (1818–1830) olub.
3. 1590–1705-ci illərdə Tunisdə türk yeniçərilərinin komandirlərinə və bəzən ölkəni idarə edən şəxslərə verdikləri ad.
4. Qədim türklərdə cəsur və qəhrəman igidlərə verilən ad.
Onlara D., yaxud “alp” deyilib.
Tarix terminləri lüğəti