Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

dəbbə1

Ağdam, Borçalı, Qazax, Yevlax

Lovğa.  Dəbbə adam papağını dik qo:r (Borçalı); O, dəbbə adamdı (Yevlax); Başqasın bə:nmiyənə dəbbə adam de:rix' (Ağdam).

dəbbə2

Füzuli, Qazax

Sözündən qaçan, şərti pozan.  Əli dəbbədi, onnan söydamız tutmaz (Füzuli).

dəbbə3

Hamamlı

İnadkar, höcət.  Alı çox dəbbə adamdı, dediyinnən dömməz.

dəbbə4

Ağdam

Barıtqabı.

Azərbaycan dilinin dialektoloji lüğəti