Reklam
Reklam

Etimologiya lüğəti

dələduz

Fırıldaqçı deməkdir, ola bilsin ki, tələtuzak sinonimlərinin birləş­mə­sindən əmələ gəlib (yığcam, uzundraz, qıyğacı... kimi) “tələyə (tuzağa) salan adam” mənasında işlədilir. İkinci və daha inandırıcı mülahizəyə görə, farsca dozidən (oğurlamaq) məsdəri ilə duz (əsli: dozd) sözü qohumdur. Güman ki, dələ hissəsi dil (ürək) sözünün təhrifi ilə bağlıdır. Mənası: “ürək oğrusu” deməkdir (indi məna dəyişib). Əsli dele-dozd kimidir., “julik”, “oğru”, “fırıldaqçı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti