Reklam
Reklam

Etimologiya lüğəti

dəliqanlı

Dəli sözünün bir mənası “igid, cavan” deməkdir. Dəliqanlı da bu məna ilə bağlıdır: cavan, cəsur adamlara belə deyilir. Dəliqanlı sözündəki qanlı his­sə­si­nin qədim mənalarından biri “od”deməkdir. “Gözümüzdən qanlı yaş axır” cüm­ləsindəki qanlı sözü ilə dəliqanlı kəlməsindəki qanlı elementi eyni sözdür və yanmaq sözü ilə vahid kökə malikdir. Dəliqanlı adam yanıqlı, odlu, alovlu adam­dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti